Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ağız və diş sağlamlığının yalnız dişləri deyil, ümumi sağlamlığı da təsir etdiyi bildirilir.
Mütəxəssislər sağlam həyat sürmək üçün ağız və diş baxımına önəm verilməsinin vacib olduğunu vurğulayırlar.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bununla bağlı türkiyəli mütəxəssislər açıqlama verib.
Türkiyəli professor İlknur Özcan həyatın ağızdan başladığını qeyd edib: “Ağız və dişlərdəki bədxassəli şişlər kanserogen lezyonlara çevrilə bilər, buna görə erkən diaqnoz çox əhəmiyyətlidir.
Xərçəngə çevrilən hallarda da erkən diaqnoz həyati əhəmiyyət daşıyır.
Əhalinin yaşlanması ilə əlaqədar olaraq, ağız sağlamlığı ilə bağlı risklər artır və xüsusilə sosial-iqtisadi səviyyələri aşağı olan insanlarda bu problemlər daha yüksəkdir.
Həmçinin məktəblərdə və qocalar evlərində diş müayinələrinin aparılması vacib amildir”.