Mütəxəssislər dəniz suyundakı ölümcül infeksiyalar barədə xəbərdarlıq etdi | Icma.az
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropada mütəxəssislər dəniz suyunda sürətlə çoxalan Vibrio bakteriyalarına görə ciddi narahatlıq bildirirlər.
Lakin ekoloq Vladislav Balinskinin sözlərinə görə, bu təhlükəli vibrionlar Qara dənizdə daim mövcuddur və sahil ölkələri bu tip infeksiyalara daha çox öyrəşmiş vəziyyətdədirlər.
Qaynarinfo DW-yə istinadən xəbər verir ki, vibrioz yay aylarında daha aktiv yayılır və xüsusilə məşhur çimərliklərdə bakteriyalar sürətlə çoxalır.
Qərb alimləri Vibrio infeksiyaları ilə qlobal iqlim dəyişikliyi arasında birbaşa əlaqə olduğunu bildirirlər: bu bakteriyalar isti və az duzlu sularda ideal şəkildə çoxalır.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi isə xəbərdarlıq edir ki, istilərin artması ilə infeksiya riski də yüksəlir.
"Baltik dənizində suyun səth temperaturu artır, duzluluq isə azalır. Alimlər bu vəziyyəti iqlim dəyişikliyi ilə əlaqələndirirlər.
Temperatur artdıqca, Vibrio ilə yoluxma halları da şimal ölkələrində çoxalır", deyə məqalədə bildirilir.
Tam oxu
Xəbəri oxu