Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir” | Icma.az
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son günlər sosial şəbəkələrdə və həkimlər arasında "tox qarına yatmağın zərərləri" ilə bağlı müzakirələr artıb.
Mütəxəssislər bildirirlər ki, gecə saatlarında ağır yemək qəbul edib yatmaq, bir çox sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər.
Milli.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, tox mədədən yatmaq orqanizmdə həzm prosesini ləngidir, mədə turşusunun qida borusuna qayıtmasına səbəb olur və bu da yanğı, ağrı və reflüks kimi narahatlıqlar yaradır.
Qastroenteroloqların qeyd etdiyinə görə, xüsusilə şirniyyatlı, yağlı və acılı yeməklərdən sonra dərhal yatmaq qida borusunun divarına zərər verir və uzun müddət davam edən reflüks xroniki xəstəliklərə yol aça bilər.
Mütəxəssislər tox qarına yatmağın digər mənfi təsirlərini də sadalayırlar: Yuxu keyfiyyətinin zəifləməsi: Həzm prosesi aktiv olduğu üçün bədən rahatlaşmır, bu da yuxunun bölgülməsinə səbəb olur.
Sürətli kökəlmə: Gecə vaxtı ağır qida qəbul etmək maddələr mübadiləsini ləngidir və yağ yığılmasını artırır.
Ürək yanması və qaz problemleri: Tox qarına yatmaq mədə qazını artırır və nəfəs darlığına belə səbəb ola bilər.
Tam oxu
Xəbəri oxu