Mütəxəssislərdən XƏBƏRDARLIQ: Günəşdə bu gün və sabah...

06.08.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avqustun 6-sı və 7-də Günəşdə alışma aktivliyinin əsasən aşağı səviyyədə olacağı gözlənilir. Bununla belə, gücünə görə sondan əvvəlki M sinfinə aid alışmaların baş verməsi istisna edilmir.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Məlumata görə, M sinifli alışmalar yer kürəsində maqnit fırtınalarına səbəb ola bilər.

Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücündən asılı olaraq 5 sinfə bölütnür: A, B, C, M və X. Hər növbəti hərfə keçid şüalanmanın gücünün 10 dəfə artması deməkdir. Güclü alışmalar zamanı Günəş plazmasının atılması nəticəsində yaranan buludlar Yerə çataraq geomaqnit həyəcanlanmalara gətirib çıxara bilir.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью