Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Son bir neçə ayda baş verən proseslər İran daxilində ciddi çaxnaşmaya səbəb olub.
Çünki bölgədə baş verən hadisələr Iranın mövqelərinə ciddi zərbədir və Tehran vəziyyəti heç cürə öz xeyrinə dəyişə bilmir.
Vaxtilə Qüds qüvvələrinin komandanı Qasım Süleymani tərəfindən inşa edilmiş düzən artıq demək olar ki, iflas edib.
Süleymanın məşhur " şiə hilalı " yaratmaq planı son bir neçə ayda baş verən hadisələr səbəbi ilə süqut etdi.
İran bölgədəki əsas işini Suriyadakı Əsəd rejimi və Hizbullah görürdü.
Regiondakı ən böyük proksi qüvvəsi olan Hizbullahın vasitəsi ilə İsrailə zərbələr endirirdi, Suriyadan isə Hizbullaha silah daşımaq üçün tranzit şəklində istifadə edirdi.
Ata və oğlu Əsədin hakimiyyəti dövründə Suriya İranın bölgədəki əsas istinadgahına çevrilmişdi.