Müttəfiqlərini xəbərdar etdi: Müharibə başlayacaq

29.10.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin İrana qarşı başlada biləcəyi yeni intensiv zərbələr bir neçə gün davam edəcək.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumatlı diplomatik mənbələrə istinadən yazıb.

Lakin diplomatlar İranın cavab tədbirlərinin daha uzunmüddətli münaqişəyə səbəb ola biləcəyini bildiriblər.

Nəşrin mənbələri təsdiqləyib ki, Vaşinqton artıq Yaxın Şərq müttəfiqlərini noyabrın əvvəlində keçiriləcək ABŞ ara seçkilərindən sonra mümkün əməliyyat barədə xəbərdar edib. Amerika rəsmiləri, həmçinin müttəfiqlərini İranın enerji obyektlərinə və digər vacib infrastruktur obyektlərinə qarşı cavab zərbələri gözləməklə ehtiyat tədbirləri görməyə çağırıblar.

Xatırldaq ki, 28 oktyabda "The Wall Street Journal" məlumatlı mənbələrə istinadən Vaşinqtonun ara seçkilərindən sonra İrana qarşı qısa, lakin intensiv hərbi əməliyyatlara hazırlıqları barədə bir neçə Fars körfəzi ölkəsini məlumatlandırdığını yazıb.

Nəşrin mənbələrinə görə, potensial hədəflər arasında İranın enerji infrastrukturu, nüvə obyektləri, eləcə də raket sistemləri və dronlar var.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью