Müvafiq keçidlər mütləq stop xətlə təmin olunmalıdır Nəqliyyat ekspert

24.08.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"İşıqforla tənzimlənən piyada keçidləri və digər müvafiq keçidlər mütləq stop-xətlə təmin olunmalıdır. Sürücülər üçün aydın şərait yaradılmalıdır ki, piyada keçidinə qədər hansı məsafədə dayanmalı olduqlarını dəqiq bilsinlər. Təəssüf ki, hazırda Bakının özündə, paytaxtətrafı ərazilərdə, Sumqayıtda və digər bölgələrdə bu istiqamətdə problemlər yaşanır". 

Bunu 525.az-a nəqliyyat məsələləri üzrə ekspert Elməddin muradlı deyib. Ekspert vurğulayıb ki, bəzi yerlərdə stop-xətt ümumiyyətlə silinib, bəzi ərazilərdə isə piyada keçidi çəkilib, lakin stop-xətt yoxdur. Belə hallarda sürücülər avtomobili hansı məsafədə saxlamalı olduqlarını dəqiq müəyyən edə bilmirlər və nəticədə cərimələnirlər. Xüsusilə kameralar vasitəsilə tətbiq olunan cərimələr sürücülər arasında narazılıq yaradır. Sürücülər üçün belə qeyri-müəyyən şərait yaradılmamalıdır. Çaşdırıcı məqamlar olmamalı, yol hərəkəti iştirakçıları üçün aydın şərait təmin edilməlidir ki, sürücü avtomobili harada və nə vaxt saxlamalı olduğunu dəqiq bilsin.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью