Müvafiq ölkə və təşkilatlar bundan özləri üçün nəticələr çıxarmalıdırlar | Icma.az
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində faktiki olaraq ötən dövrü bütün parametrlər üzrə qiymətləndirdi, habelə prioritetləri bəyan etdi.
Əlbəttə, bir daha aydın oldu ki, Qarabağın bərpası, Qayıdış prosesi, Zəngəzur dəhlizi və ölkənin inkişafı, sosial-iqtisadi rifahın daha da yaxşılaşdırılması, təhlükəsizlik məsələləri əsas hədəflərdir.
Bu yöndə atılacaq addımlar barədə dövlətimizin başçısı ətraflı məlumatlar verdi".
Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elşad Məmmədli deyib.
Elşad Məmmədli sözlərinə belə davam edib: "Qlobal siyasətlə, bu kontekstdə Azərbaycanın hədəfləri ilə bağlı cənab İlham Əliyev çox əhatəli danışdı, bütün istiqamətlər üzrə kifayət qədər açıq və net mesajlar verdi.
Təbii ki, müvafiq ölkələr, təşkilatlar bundan özləri üçün nəticələr çıxarmalıdırlar.
Dövlət başçımız bir daha bəyan etdi ki, xarici siyasət üzrə daim qardaş Türkiyə ilə birgə addımlayacağıq.
Tam oxu
Xəbəri oxu