Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın tədricən öz subyektivliyini itirdiyi təkzib edilə bilməz və bunu sübut edən faktlar kifayət qədərdir.
Məhz bu təkzibedilməzliyi dərk edə bilən bəzi haylar özləri də müvəqqəti yaşayış məskənində olduqlarını etiraf edirlər.
Bəzi erməni əsilli siyasətçilər ölkələrinin müstəqil dövlət deyil, getdikcə kimlər üçünsə “regional mehmanxana”, özləri üçün isə “kirayə ölkə” olduğunun artıq fərqindədirlər.
Əslində, haqlıdırlar. Çünki bir halda ki, Ermənistan heç də suveren, müstəqil dövlət olaraq, öz siyasətini özü təyin etmirsə, bəzi ölkələrin
Ölkələrin hər zaman təhlükəsizliyin təminatı istiqamətində müvafiq addımlar atmaları məntiqi, eləcə də başadüşüləndir.
Məsələ burasındadır ki, yeganə Ermənistan kimi kiçik, zəif, çox cılız bir dövlət guya təhlükəsizliyinin təmin edilməsi maraqları naminə ancaq kiminsə ətəyində gizlənmək, hansısa ağanın nökərinə çevrilmək üçün əldən-ayaqdan gedir.
Beləliklə də, kimlər üçünsə Ermənistan bölgəmizdə, regionuzda müvəqqəti mehmanxana kimi fəaliyyət göstərir.