Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vladimir Putinin Qələbənin 80 illiyi ilə bağlı elan etdiyi 3 günlük atəşkəsə Ağ Evdən münasibət bildirilib.
“AzPolitika” axrici KİV-ə istinadla xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Levitt Donald Trampın Ukraynada müvəqqəti deyil, daimi atəşkəs istədiyini açıqlayıb. O, Vladimir Putinin mayın 8-10-da “bütün hərbi əməliyyatların dayandırılması” ilə bağlı bəyanatını belə şərh edib.
Levitt əlavə edib ki, Donald Tramp getdikcə həm Putindən, həm də Zelenskidən narazı qalır və hesab edir ki, prezidentlər danışıqlar masasına oturmalıdırlar.
“AzPolitika.info”