Icma.az bildirir, Mia.az portalına istinadən. Suriyadakı müxalif qruplaşmalar Humus, Dera, Suveyda və Əl Sanameyn şəhərlərini ələ keçirdikdə
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, müxalif silahlıların bir neçə saat ərzində paytaxtın mərkəzində görünəcəyi iddia olunur.
Bildirilir ki, Əsəd rejiiminə bağlı qüvvələr Dəməşqin təxminən 25 kilometr şimalındakı Quteyfe rayonu və ətrafdakı bir çox yaşayış məntəqəsindən geri çəkiliblər: "Onlar paytaxtın cənub-qərb çölündə Xan Şeyx, Katana, Kenaker, Zəkiyə, Saasa və Beyt Cin yaşayış məntəqələrindəki mövqelərini də boşaldaraq, Dəməşqə sığınıb, burada müdafiə xətti qurmağa can atırlar".
Məlumatda deyilir ki, yüngül texnikalarla sürətlə irəliləyən müxalif qüvvələr artıq sürətlə paytaxtın ətrafını çəmbər alır...
Samir MUSAYEV MİA.AZ Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.