Müxalifət Bəşər Əsədin başı üçün pul qoydu bu qədər

08.12.2024

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriyanın paytaxtı Dəməşqi ələ keçirən silahlı müxalifət devrilən Prezident Bəşər Əsədin başına pul qoyub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Suriya mediası məlumat yayıb.

Bildirilib ki, Bəşər Əsədin yaxalanmasına yardım edənə 10 milyon dollar mükafat vəd edilib.

Qeyd edək ki, "Heyət Təhrir əş-Şam" silahlı birliyi bu gün Dəməşqi ələ keçirərək, Bəşər Əsəd rejiminin bitdiyini rəsmən elan edib.

Bəşər Əsədin isə təyyarə qəzasında öldüyü barədə xəbər yayılıb.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью