Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsraildə keçirilən seçkilərdən sonra yeni seçilmiş Knesset üzvləri and içərək rəsmən fəaliyyətə başlayıblar.
Redaktor.az xəbər verir ki, parlamentdə çoxluğu əldə edən və Benyamin Netanyahuya qarşı cəbhədə yer alan müxalifət bloku Qadi Ayzenkotun rəhbərliyi ilə ilk gündən geniş qanun layihələri paketini parlamentə təqdim edib.
Təkliflər paketinə 2023-cü il oktyabrın 7-də baş verən hücumlarla bağlı rəsmi dövlət istintaq komissiyasının yaradılması, baş nazir postuna müddət məhdudiyyətinin tətbiqi və əvvəlki hökumətin məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran qalmaqallı qərarlarının ləğvi daxildir.
Eyni zamanda, müxalifət bloku Netanyahunun yaxın tərəfdarı olan Knesset sədri Amir Ohananın vəzifəsindən kənarlaşdırılması və onun yerinə "Yashar" partiyasının nümayəndəsi Matan Kahananın gətirilməsi üçün rəsmi prosedura start verib.
Seçkinin nəticələrinə reaksiya verən Benyamin Netanyahu Knessetdəki çıxışı zamanı ərəb partiyalarını və onlarla əməkdaşlığa açıq olan yəhudi müxalifət liderlərini sert tənqid edib.
Müxalifət lideri Qadi Ayzenkot Netanyahunun bu bəyanatını "parçalayıcı" və "nifrət dolu" adlandıraraq, "Likud" partiyası ilə keçirilməsi planlaşdırılan görüşü dərhal ləğv etdiyini bildirib.
Qeyd edək ki, hökuməti formalaşdırmaq üçün 6 həftəlik rəsmi müddəti olan Ayzenkot koalisiya danışıqlarını davam etdirir. Netanyahu isə yeni kabinet qurulana qədər müvəqqəti baş nazir vəzifəsini icra etməkdədir.
Aminə ŞAHSUVARQIZI