Müxalifət Tbilisidə parlament binası qarşısında mitinq keçirir

26.05.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Müxalifət tərəfdarları Tbilisidə parlament binasının qarşısında aksiya keçirir.

Teleqraf xəbər verir ki, aksiya iştirakçıları əllərində Gürcüstan, Aİ və ABŞ bayraqları, eləcə də keçmiş prezident Mixeil Saakaşvilinin əfv olunmasını tələb edən plakatlar tutdular. Yürüşdə Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili də iştirak edir.

Parlament binasının ətrafına polis qüvvələri yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları da hər hansı bir təxribatın qarşısını almaq üçün həyətdə növbətçilik edirlər. Qanunvericilik orqanının yerləşdiyi Rustaveli prospekti tamamilə bağlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью