Müxalifət yenə Makronun istefasını tələb etdi

05.12.2024

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Fransa parlamentindəki solçu müxalifət prezident Emmanuel Makronun istefasını tələb edir.
Modern.az xəbər verir ki, Fransa mətbuatında yer alan məlumatlara görə, keçmiş baş nazir Mişel Barnyenin istefasıından sonra çıxış edən “İtaətsiz Fransa” partiyasının parlament fraksiyasının lideri Matilda Pano növbədənkənar seçkilərin keçirilməsinin zəruri olduğunu bildirib.
“Xaosun günahkarı biz deyil, 7 ildir ölkəyə rəhbərlik edən Emmanuel Makrondur. Növbədənkənar prezident seçkiləri lazımdır”, - deyə o bildirib.

Xatırladaq ki, Barnye hökumətinə etimadsızlıq səsverməsindən əvvəl Səudiyyə Ərəbistanına səfərini başa vuran prezident Emmanuel Makron Fransaya qayıtmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью