Müxalifətin namizədi İsrail Knessetinin spikeri seçilib

18.11.2026

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrailin müxalifətdəki "Yaşar!" partiyasından olan deputatı Matan Kahana Knessetin (parlamentin) spikeri seçilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ynet məlumat yayıb.

O, bu vəzifədə hakim "Likud" partiyasının nümayəndəsi Amir Ohananı əvəz edib.

Knessetin 120 deputatından 66-sı Matan Kahananın namizədliyini dəstəkləyib. Səs verənlər arasında müxalifətdəki yəhudi və ərəb partiyalarının nümayəndələri də olub.

Ultraortodoksal partiyalar səsvermə zamanı Baş nazir Benyamin Netanyahunun blokunu dəstəkləyiblər. "Likud"un namizədi Ofir Kats 52 səs toplayıb.

Seçildikdən sonra ilk çıxışında Kahana barışığa çağırıb və bütün İsrail vətəndaşlarının spikeri olacağını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью