Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Trampın Ağ Evə ikinci dəfə gəlişi dünyada böyük maraqla qarşılanıb.
Beynəlxalq məkanda əksər siyasi iradə mərkəzləri məhz Ağ Evin yeni sahibi ətrafında ciddi mülahizələr irəli sürür.
Narahatlıqla məmnunluq arasında məsafə uzaq olmasa da, Trampın hansı xətti seçəcəyi ilə bağlı təşviş yaşayanlar az deyil.
Sözsüz ki, Donald Trampın siyasi mesajları onun gələcək strateji planları barədə aydın təsəvvür yaratmaq üçün yetərli hesab edilmir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında bildirən Müsavat Partiyasının Məclis sədri Arif Hacılı Donald Trampın proqnozlaşdırılan kimi prezident olmayacağını söyləyib.
“Trampdan gözləntilər fərqlidir. Rusiya-Ukrayna müharibəsi fonunda onun ilk açıqlamaları Kremlin xeyrinə deyil.
O daha çox iqtisadi məsələlərə üstünlük verən siyasətçi olduğunu bəyan edib.