Müxalifləri şirlərə yedizdirən cəllad edam olundu FOTO

11.12.2024

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin cəlladlarından olan Təlal Dakkak edam edilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Heyət Təhrir əş-Şam” qruplaşması məlumat yayıb.

Məlumata görə, Təlal Dakkak Həma şəhərindəki Asi meydanında edam edilib.

Təlal Dakkak rejimə qarşı çıxan suriyalı müxaliflərə verdiyi işgəncələrlə tanınırdı.

Onun bir sıra müxalifi saxladığı şirlərə yedizdirdiyi də bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью