Muxtar Babayev BMT Baş katibi ilə COP29un iqlim prioritetlərini müzakirə edib

11.11.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

COP29-un prezidenti Muxtar Babayev BMT Baş katibi Antoniu Quterrişlə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Babayev Quterrişlə qlobal iqlim fəaliyyətini sürətləndirmək üçün liderlərin COP29-da qəbul etməli olduğu təxirəsalınmaz iqlim prioritetlərini müzakirə edib.

“Müzakirələrdə əsas diqqət iqlim maliyyələşdirməsinin artırılması, uyğunlaşma tədbirlərinin gücləndirilməsi və daha dayanıqlı gələcək üçün beynəlxalq əməkdaşlığın təşviqinə yönəldilib”, - paylaşımda deyilir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью