Muxtar Babayev BMT Baş katibi ilə COP29un iqlim prioritetlərini müzakirə edib

11.11.2024

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

COP29-un prezidenti Muxtar Babayev BMT Baş katibi Antoniu Quterrişlə görüşüb.

“Report” xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

M.Babayev Quterreşlə qlobal iqlim fəaliyyətini sürətləndirmək üçün liderlərin COP29-da qəbul etməli olduğu təxirəsalınmaz iqlim prioritetlərini müzakirə edib.

“Müzakirələrdə əsas diqqət iqlim maliyyələşdirməsinin artırılması, uyğunlaşma tədbirlərinin gücləndirilməsi və daha dayanıqlı gələcək üçün beynəlxalq əməkdaşlığın təşviqinə yönəldilib”, - paylaşımda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью