Muxtar Babayev BMT baş katibi ilə COP29un iqlim prioritetlərini müzakirə edib

11.11.2024

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

COP29-un prezidenti Muxtar Babayev BMT baş katibi Antoniu Quterreşlə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

M.Babayev Quterreşlə qlobal iqlim fəaliyyətini sürətləndirmək üçün liderlərin COP29-da qəbul etməli olduğu təxirəsalınmaz iqlim prioritetlərini müzakirə edib.

"Müzakirələrdə əsas diqqət iqlim maliyyələşdirməsinin artırılması, uyğunlaşma tədbirlərinin gücləndirilməsi və daha dayanıqlı gələcək üçün beynəlxalq əməkdaşlığın təşviqinə yönəldilib", - paylaşımda deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью