Muxtar Babayev BMT Baş katibi ilə görüşdü

11.11.2024

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

COP29-un prezidenti Muxtar Babayev BMT Baş katibi Antoniu Quterrişlə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
 

M.Babayev Quterreşlə qlobal iqlim fəaliyyətini sürətləndirmək üçün liderlərin COP29-da qəbul etməli olduğu təxirəsalınmaz iqlim prioritetlərini müzakirə edib.


“Müzakirələrdə əsas diqqət iqlim maliyyələşdirməsinin artırılması, uyğunlaşma tədbirlərinin gücləndirilməsi və daha dayanıqlı gələcək üçün beynəlxalq əməkdaşlığın təşviqinə yönəldilib”, - paylaşımda deyilir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью