Muxtar Babayev COP30 da iqlim dəyişikliyinin Azərbaycana təsirlərindən danışıb

19.11.2025

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

COP29-un Prezidenti Muxtar Babayev "Buzlaqların qorunması" mövzusunda COP30-da keçirilən Yüksək Səviyyəli Dialoqda çıxış edib.

BAKU.WS xəbər verir ki, bu barədə COP29-un "X" hesabında bildirilib.

M.Babayev iqlim dəyişikliyinin dünyanın müxtəlif bölgələrində, o cümlədən Azərbaycanda buzlaqlara təsirlərindən danışıb.

Həmçinin o, COP29-da iqlim böhranının nəticələrinə uyğunlaşan icmalara dəstək sahəsində əldə olunan irəliləyişləri də qeyd edib.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью