Muxtar Babayev COP31 ərəfəsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb

09.09.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)" çərçivəsində keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, COP prosesinin daha fəal praktiki fəaliyyətlərə təkan verməsinə nail olmaq və bu prosesi yalnız iqlim konfranslarının keçirildiyi dövrlə məhdudlaşdırmamaq lazımdır.

M.Babayev vurğulayıb ki, Antalyada keçiriləcək COP31 ərəfəsində beynəlxalq əməkdaşlığa praktiki yanaşma xüsusi əhəmiyyət kəsb edir.

O əlavə edib ki, razılaşmalar əldə etmək bacarığı iqlim liderliyinin yalnız tərkib hissələrindən biridir: "Növbəti sınaq əldə edilmiş sazişləri real nəticələrə çevirmək bacarığımız olacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью