Muxtar Babayev: Danışıqlar heç də asan olmayacaq, amma COP29un əsas məqsədinə nail olmalıy…
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir. “Azərbaycana və COP29-a xoş gəlmisiniz.
Mən burada iştirak edən ölkələrin təmsilçilərinə, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə çox təşəkkür edirəm.
Biz təkcə Azərbaycanın qonaqpərvərliyini deyil, həm də zəngin təbiətini nümayiş etdirmək istəyirik”.
APA xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev COP29-un açılış mərasimində bildirib.
Muxtar Babayevin sözlərinə görə, ətraf mühit proqramı onu deməyə əsas verir ki, qlobal səviyyədə temperatur 3 dərəcəyədək artıb: “Bu isə fəlakətdən xəbər verir.
Müxtəlif kontinentlərdə insanlar bu problemdən əziyyət çəkir. Onlar bizdən kağız üzərində müzakirə yox, konkret addımlar gözləyir.
Bizim bu sahədə planımız ambisiyaların artırılması və fəaliyyətin gücləndirilməsindən ibarətdir.
Maliyyələşmə sahəsində ambisiyalılığı artıra və əlavə maliyyə vəsaiti cəlb edə bilərik.
Tam oxu
Xəbəri oxu