Muxtar Babayev: Dünyada şəhər əhalisinin xüsusi çəkisinin 70 %ə çatacağı proqnozlaşdırılır…
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2050-ci ilə qədər dünyada şəhər əhalisinin xüsusi çəkisinin indiki 50 %-dən 70 %-ə çatacağı proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev tədbir çərçivəsində təşkil olunmuş çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda bildirib.
"Yaxın 5-7 ildə şəhər əhalisinin sayının 500 milyon nəfərdən çox artacağı gözlənilir.
Bu da öz növbəsində şəhər infrastrukturuna, o cümlədən elektrik enerjisi, su və kanalizasiya təchizatına, nəqliyyat sektoruna daha da böyük təzyiq göstərəcək.
Hazırda şəhərlər qlobal CO2 emissiyalarının 70%-dən çoxuna məsuldur", - deyə o qeyd edib. M.
Babayev həmçinin deyib ki, şəhər əhalisinin sayının artması milli hökumətləri özəl və ictimai maraqlı tərəflərlə birlikdə qüvvələri birləşdirməyə, qarşıya qoyulmuş məqsədlərə çatmağa stimullaşdırır: "Çox səviyyəli əməkdaşlıq vacibdir.
Milli siyasətlər yerli səviyyədə həyata keçirilə bilən strategiyalara çevrilməlidir.
Tam oxu
Xəbəri oxu