Muxtar Babayev ƏrRiyadda COP16 konfransında iştirak edir

02.12.2024

Icma.az, Anews portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyası (COP16) işə başlayıb.Bu barədə COP29-un sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Tədbirdə Azərbaycanı ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev təmsil edir.

"Bakıdakı COP29-un uğuruna əsaslanaraq, biz dayanıqlı torpaq idarəetməsi üçün əməkdaşlığı inkişaf etdiririk”, - paylaşımda vurğulanıb.

Konfrans dekabrın 13-dək davam edəcək.


www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью