Muxtar Babayev ƏrRiyadda: COP16 konfransında iştirak edir

02.12.2024

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyası (COP16) işə başlayıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Tədbirdə Azərbaycanı ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev təmsil edir.

“Bakıdakı COP29-un uğuruna əsaslanaraq, biz dayanıqlı torpaq idarəetməsi üçün əməkdaşlığı inkişaf etdiririk”, – paylaşımda vurğulanıb.

Qeyd edək ki, konfrans dekabrın 13-dək davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью