Muxtar Babayev ƏrRiyadda COP16 konfransında iştirak edir

02.12.2024

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyası (COP16) işə başlayıb.
Reyting.az
xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Tədbirdə Azərbaycanı ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev təmsil edir.
“Bakıdakı COP29-un uğuruna əsaslanaraq, biz dayanıqlı torpaq idarəetməsi üçün əməkdaşlığı inkişaf etdiririk”, - paylaşımda vurğulanıb.
Qeyd edək ki, konfrans dekabrın 13-dək davam edəcək.

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью