Muxtar Babayev ƏrRiyadda COP16 konfransında iştirak edir Xəbər saytı Son xəbərlər və Hadisələr

02.12.2024

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyası (COP16) işə başlayıb.

"Report" xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Tədbirdə Azərbaycanı ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev təmsil edir.

"Bakıdakı COP29-un uğuruna əsaslanaraq, biz dayanıqlı torpaq idarəetməsi üçün əməkdaşlığı inkişaf etdiririk", - paylaşımda vurğulanıb.

Qeyd edək ki, konfrans dekabrın 13-dək davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью