Muxtar Babayev: İqlim problemlərinin həll edilməsi istiqamətində çox iş görülməlidir

11.11.2024

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

“İqlim problemlərinin həll edilməsi istiqamətində çox iş görülməlidir. COP29 çərçivəsində keçirilən görüşlərdə müzakirə olunan məsələlər problemin həlli üçündür”.

AZƏRTAC xəbər verir ki, bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən COP29-un açılış mərasimində deyib.

O qeyd edib ki, iqlim problemləri nəticəsində yaranan təbii fəlakətlər olduqca ağır nəticələrə səbəb olur: “Biz bütün siyasi və maliyyə baxımından yarana biləcək məhdudiyyətləri anlayırıq. Ancaq düşünürəm ki, investisiyalar özünü doğruldacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью