Muxtar Babayev müzakirədə iştirak etdi

27.01.2025

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Tanzaniyada keçirilən "Afrika Missiya 300" enerji sammitinin panel müzakirəsində iştirak edib.

Metbuat.az-ın xəbərinə görə, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Müzakirə Afrikanın enerji gündəliyinin yeni səviyyəyə çatdırılması, həmçinin Afrika ölkələrinin enerjiyə çıxışı və dövlət siyasətinin tənzimlənməsi məsələlərinə həsr olunub.

"Bu cür müzakirə COP29-da qəbul edilmiş öhdəliklərin, o cümlədən COP29 Fəaliyyət Proqramı çərçivəsində 2030-cu ilə qədər qlobal enerji saxlama gücünün altı dəfə artırılması ilə bağlı vədin yerinə yetirilməsi üçün həlledici əhəmiyyət kəsb edəcək", - məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью