Muxtar Babayev Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüşüb

03.12.2024

Icma.az, Operativmedia portalına istinadən məlumat yayır.

"Operativ Media" xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Muxtar Babayev və Adel Əl-Cubeyr arasındakı müzakirələr iqlim maliyyələşdirilməsi, torpaqların bərpası və qlobal iqlim dəyişikliyinə davamlılıq sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlib", - məlumatda bildirilib.

Görüş Ər-Riyadda keçirilən BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində baş tutub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью