Muxtar Babayev “World Goverment Summit”in panel müzakirəsində iştirak edib

13.02.2025

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

COP29-un prezidenti Muxtar Babayev və baş danışıqçı Yalçın Rəfiyev “World Government Summit”in panel müzakirəsində iştirak ediblər.

“Report” xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

"COP29-un prezidenti Muxtar Babayev və baş danışıqçı Yalçın Rəfiyev COP sədrləri Troykası tərəfindən təşkil edilən WGS-nin panel müzakirəsində iştirak ediblər. Onlar çıxışları zamanı BƏƏ ilə qarşılıqlı fəaliyyət və tərəfdaşlıq ruhunu qeyd edib və Azərbaycanın COP30 sədrliyinə dəstəyini təsdiqləyiblər", - məlumatda bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью