Muxtar Babayevdən COP31 də su təhlükəsizliyi ilə bağlı çağırış

09.11.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

“Bakı əvvəldən iqlim maliyyələşdirməsini beynəlxalq ətraf mühitin mühafizəsi səylərinin mərkəzinə qoymağa sadiqdir”.
Bizim.Media xəbər verir ki, bunu COP31-də Azərbaycan pavilyonunda təşkil olunan "Geniş miqyasda su təhlükəsizliyi - Su prioritetlərindən maliyyələşdirilə bilən, iqlimə davamlı infrastruktura doğru" başlıqlı sessiyada Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib. 
“COP31-də iştirak edən hökumətləri, şirkətləri və maliyyə qurumlarını su çatışmazlığı yaşayan digər ölkələrdə layihələrə investisiya qoyuluşunu asanlaşdırmaq üçün mövcud təcrübələri öyrənməyə çağırırıq. 
Məqsədimiz iqlim dəyişmələrinin təsirlərinə tab gətirə bilən etibarlı su təchizatını təmin etməkdir”, - deyə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi bildirib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью