Muxtar Babayevin vəzifəsi ilə bağlı hüquqi status müəyyənləşib

23.05.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin birinci təsnifatına əlavə edilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət Qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, inzibati və yardımçı vəzifələrin birinci təsnifatının əhatə dairəsi genişlənir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamı ilə Muxtar Babayev Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью