Muxtar Cəfərlinin kitabı Türkiyədə çap olunub

12.02.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Araşdırmaçı-yazar Muxtar Cəfərlinin “Qəlbini nəsihətlə dirilt” kitabı bu günlərdə Türkiyədə də çap olunub.

İlk dəfə MİMTA Yayımlarında nəşr olunan kitab Türkiyənin “Duruş” nəşriyyatında işıq üzü görüb.

Kitab müəllifin müxtəlif illərdə “Füyuzat” jurnalında dərc edilmiş silsilə məqalələri əsasında tərtib edilib. Kitabda müəllif müxtəlif mənəvi-əxlaqi, həyati mövzulara toxunmuş, günümüz insanının mənəvi problemlərinə işıq tutmağa çalışmışdır.

Qeyd edək ki, Muxtar Cəfərli MİMTA Yayımları tərəfindən çap edilən “İdrak işığı” və “Azərbaycan elm və irfan sərdarları” kitablarının da müəllifidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью