Muxtar Maniyevin polkovnik oğlu ehtiyata buraxıldı

18.11.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

10 ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini təyin edilmiş polkovnik Tural Maniyev vəzifəsindən azad edilib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb. 

Polkovnik Maniyev ehtiyata buraxılıb.

Qeyd edək ki, Tural Maniyev mərhum Xalq artisti Muxtar Maniyevin oğludur. O, sonuncu vəzifəyə təyin edildikdən sonra rütbəsi artırılıb, idarə rəisi polkovnik Anar Eyvazovun müavini kimi fəaliyyət göstərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью