Muxtar Nağıyev: İncəsənət xadimlərini qorumaqda Heydər Əliyevin əvəzsiz rolu var

08.05.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“Sovetlər Birliyinin kəskin rejiminə baxmayaraq, incəsənət xadimlərini, yazıçıları, işıqlı ziyalıları qorumaqda Heydər Əliyevin əvəzsiz rolu var”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Beynəlxalq Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” konfransında çıxışı zamanı YAP-ın Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib.

O qeyd edib ki, Ulu Öndər bir çox sənət xadimlərinə köməklik göstərib:

“Hər birimiz bilirik ki, Heydər Əliyev olmasaydı, “Gülüstan” poemasına görə Bəxtiyar Vahabzadəni həbs edəcəkdilər”.

Muxtar Nağıyev əlavə edib: 

“Hüseyn Cavidi xalq düşməni elan edib sürgünə göndərsələr də, onun cənazəsini Azərbaycana gətirməklə Heydər Əliyev göstərdi ki, o, öz xalqının mədəniyyətini, incəsənətini qorumağa qadirdir”.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью