Muxtar Qasımlıya elə şərh yazmışdı ki: Yer üzündə bir sən qalsan...

22.09.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vətən Müharibəsi şəhidi Muxtar Qasımlının sosial şəbəkədəki paylaşımı yenidən gündəm olub.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən birinin şəhidimizə ünvanladığı "Aman Allah, bu nə gündədir, İlahi?! Yer üzündə bir sən olasan, bir mən. Bilsəm dərmanım səndədir, inan ki, ölməyə razı olaram" rəyinə Muxtar Qasımlı "Allah razı olsun" cavabını verib.

Bu dialoq izləyicilərin kövrək anlar yaşamasına səbəb olub.

Qeyd edək ki, Muxtar Əli oğlu Qasımlı 15 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub. O, fitnes üzrə Azərbaycan çempionu olub və idman sahəsində böyük uğurlar qazanıb.

44 günlük Vətən Müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanan Muxtar Qasımlı Füzuli rayonu uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Muxtar Qasımlı ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Murad İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью