Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Naxçıvan, 4 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının pensiya ödənişi başa çatdırılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Pensiyaçılar, pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.