Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Naxçıvan, 18 noyabr, AZƏRTAC
Cari ilin yanvar–oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 6235 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bunlardan 2240-ı əmlaka dair texniki pasport, 3995-i isə torpaq sahəsinə dair plan-ölçü sənədidir.
Hesabat dövründə əlavə olaraq, 624 torpaq sahəsi, 124 fərdi yaşayış evi, 72 mənzil, 22 qeyri-yaşayış binası, 15 qeyri-yaşayış sahəsi və 2 əmlak kompleksi olmaqla, ümumilikdə 859 yeni daşınmaz əmlak obyektinə ünvan verilib.