Muxtar respublikada daşınmaz əmlakla bağlı elektron müraciətlərin sayı 5 dəfə artıb AZƏRTAC

09.01.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 9 yanvar, AZƏRTAC

Ötən il Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən 6489 elektron müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu, 2023-cü illə müqayisədə 4,8 dəfə çoxdur. Elektron müraciətlərin 23 faizi hüquqi və fiziki şəxslər tərəfindən, 77 faizi notariat ofislərindən daxil olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью