Icma.az, Azertag saytına istinadən bildirir.
Naxçıvan, 8 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa çatdırılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Pensiyaçılar, pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.