Muxtar respublikanın İctimai Səhiyyə Xidməti üçün yeni avadanlıqlar alınıb AZƏRTAC

10.01.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan, 10 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin fəaliyyətini müasir tələblərə uyğun təmin etmək məqsədilə yeni avadanlıqlar alınıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu avadanlıqlar arasında sorucu şkaf və baksinerator xüsusi əhəmiyyət daşıyır. Sorucu şkaf təhlükəsiz laboratoriya iş şəraitinin təmin edilməsi üçün nəzərdə tutulub. O, zərərli kimyəvi buxarların, qazların və digər maddələrin təsirini minimuma endirərək iş mühitində sağlamlığın qorunmasına imkan verir.

Digər tərəfdən, baksinerator tibbi tullantıların sterilizasiyası və məhv edilməsi üçün istifadə edilən müasir cihazdır. Bu avadanlıq infeksion xəstəliklərin yayılmasının qarşısını almaq və sanitar-gigiyenik tələbləri yüksək səviyyədə təmin etmək üçün əvəzsiz rol oynayır.

Həyata keçirilən bu addım ictimai səhiyyə sahəsində göstərilən xidmətlərin keyfiyyətini artıracaq və vətəndaşların sağlamlığının qorunmasında daha effektiv nəticələr əldə etməyə imkan yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью