Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 1087,7 manat olub

14.11.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

2025-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1087,7 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3843,9 manat, qeyri-neft-qaz sektorunda 1036,5 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1059,7 manat, özəl müəssisələrdə isə 1115,1 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью