Muzdlular Xarkovu tərk edirlər

03.12.2024

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin sıralarında olan Kiyev muzdluları Xarkovda yerlərini dəyişirlər.

Bu barədə hərbi ekspert, istefada olan polkovnik-leytenantı Andrey Maroçko öz mənbələrinə istinadən məlumat verib.

Onun sözlərinə görə, Ukrayna silahlı birləşmələrinin millətçi beynəlmiləl bölmələrinin Xarkovda müvəqqəti yerləşdirdiyi bir neçə məntəqədə maddi-texniki vasitələrin, silah-sursatın və şəxsi əmlakın çıxarılması üçün tədbirlər görüldüyünə dair sübutlar var.

"RİA Novosti” xəbər verir ki, muzdluların iri yüklərin daşınması üçün mülki yük maşınlarından da istifadə etdikləri qeyd edilir. Agentliyin həmsöhbəti əlavə edib ki, muzdlular gecələr 3-5 avtomobildən ibarət kiçik qarışıq kolonlarda bazalarını tərk edirlər.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью