Yenigundem portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müsəlman Şərqinin ilk Parlamenti olan Azərbaycan Parlamenti 106 yaşını qeyd edir.
Azərbaycanda parlamentarizm ənənələri ölkənin siyasi tarixində xüsusi əhəmiyyətə malikdir.
Bu ənənələr 106 il əvvəl – 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılması ilə formalaşmağa başlayıb.
Azərbaycan Xalq Cümhuriyyəti kimi onun Parlamenti də çox mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi.
Təsadüfi deyil ki, ADR parlamenti, dövrün ən demokratik qanunverici orqanlarından biri kimi qəbul edilirdi.
Müasir dövrdə Azərbaycanın müstəqilliyinin bərpası ilə parlamentarizm ənənələri daha da inkişaf etdirildi.
Parlament tariximizin Heydər Əliyev dövrü bu sahədəki ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi, milli maraqlara cavab verən parlament diplomatiyasının daha da gücləndirilməsi ilə səciyyələnir.