“Muzeydə mühazirə” layihəsi davam edir | Icma.az
Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yanvarın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) “Muzeydə mühazirə” layihəsi çərçivəsində “Zamanın rənglə yazılan yaddaşı: Mirzə Qədim İrəvani” mövzusunda mühazirə dinləniləcək.
Kulis.az xəbər verir ki, mühazirə AMİM-in Elmi-tədqiqat üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Mirzə Qədim İrəvani: Zamanların qovşağında” kitabının həmmüəllifi Aytən Əhmədova tərəfindən təqdim olunacaq.
Mühazirə XIX əsr Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Mirzə Qədim İrəvaninin həyat və yaradıcılıq yoluna, onun formalaşdığı tarixi-mədəni mühitə və sənət üslubunun özünəməxsus xüsusiyyətlərinə həsr ediləcək.
Məruzəçi, həmçinin kitab üzərində aparılmış tədqiqatların əsas elmi nəticələrini bölüşərək sənətkarın əsərlərinin tarixi, bədii-estetik və simvolik qatlarını diqqətə çatdıracaq.
Sərgi zalında baş tutacaq mühazirə dinləyicilərə rəssamın yaradıcılığına daha dərin baxış imkanı yaradacaq.
Mikki Rurkdan yardım kampaniyasına reaksiya: “Bu, utancvericidir” Orta Asiyanın "kobız" və "yurt"u UNESCO-nun Ümumdünya İrs Siyahısında Oktay Kaynarca: "İttihamlara cavab verməyi lazımsız hesab edirəm" Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu