Muzeyin divarına zərər vuran şəxslər saxlanıldı

21.09.2026

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Parisdəki məşhur Luvr muzeyində Leonardo da Vinçinin "Mona Liza" əsərinin nümayiş olunduğu salonda növbəti xoşagəlməz hadisə baş verib.
Kulis.az xəbər verir ki, iki Almaniya vətəndaşı iki tablonu yapışqan lentlə salonun divarına sabitləyib.
Muzeyin təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılan şəxslər divara kiçikçaplı zərər vurduqları üçün polisə təhvil veriliblər.
İfadələri alınan şübhəlilər bu əməli sadəcə "əyləncə məqsədilə" etdiklərini deyiblər.
Luvr muzeyinin rəsmi şikayətindən sonra hər iki şəxsin məhkəmə qarşısına çıxarılacağı gözlənilir.
Hadisə zamanı qoruyucu şüşə arxasında saxlanılan "Mona Liza" əsərinə heç bir xələl gəlməyib.
Qeyd edək ki, son dövrlərdə Fransanın muzey və qalereyalarında təhlükəsizlik boşluqları və dalbadal yaşanan oğurluq hadisələri ölkə ictimaiyyətində böyük müzakirələrə səbəb olub.

"Sən elə gəlirsən ki, gedənə oxşayırsan..." - Tofiq Abdinin şeirləri Məşhur aktrisanın ölümü etirazlara səbəb oldu Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью